Türkiyədə Bakalavr Təhsili

Türkiyədə Bakalavr Təhsili

Türkiyə Respublikasında hal hazırda 185 dövlət və özəl universitet fəaliyyət göstərməkdərir.

Dövlət üniversitetlərində demək olar ki təhsil haqqı yoxdur sadəcə olaraq admistrativ xərclər vardır.Türkçədə Katkı payı olaraq keçir üniversitetlərdə.Bu admistrativ xərc üçün tələbə illik 200-700 dollar civarında dövlətə ödəmə edir. Özəl üniversitetlərdə isə təhsil haqqı 3000 USD-25 000 USD arasında dəyişir.

 

Türkiyədə Universitetlərə  müraciət və qəbul şərtləri aşağıda ki formada olur :

  • Türkiyədə Bakalavr Təhsili

Azərbaycanlı tələbələr əsasən 4 yolla Türkiyə universitetlərinə sənəd göndərərək qəbul olunurlar.Bunlar əsasən ATTESTAT, TQDK ,SAT ,YÖS  balı ilədir.

 

  • ATTESTAT ilə Türkiyədə Təhsil

Umumiləşdirilmiş Yös imtahanı 2011-ci ildən ləğv olunduqdan sonra hər universitet qəbul qaydalarını özləri müəyyən etməyə başladı. Əsasən də yeni yaranmış bölgə universitetləri xarici tələbələri cəlb etmək üçün ATTESTAT ilə qəbullar həyata keçirir. Bunlara misal olaraq son illərdə Azərbaycanlı tələbələrin çox olduğu Karabük, Uşak, Kastamonu, Zonguldak kimi şəhərlərdə yeləşən bölgə universitetlərini göstərmək olar. ATESTAT ilə qəbul zamanı attestatda ki, ballar nəzərə alınır və universitet buna görə tələbələri qəbul edir. Türkiyənin toplam 50 üniversiteti Attestatla qəbul edir.

 

  • TQDK Balı ilə Türkiyədə Təhsil

Çoxu şəxsin bilmədiyi amma Türkiyənin top üniversitetləri belə qəbul edir bizim TQDK imtahan nəticəsini. Hər bir qurupda minimum 550 TQDK Balı ilə Türkiyənin dövlət və özəl üniversitetlərində qəbul ala bilərsiniz.Əgər TQDK Balınız 650 üzəri olarsa Türkiyədə 25 % 50% 75% 100 % bu dərəcələrindən birində təqaüd ala bilərsiniz.Əgər siz 700 Bal toplamısınızsa tam təqaüdlü istənilən universitetdə təhsil ala bilərsiniz.

 

  • SAT imtahan nəticəsi ilə Türkiyədə Təhsil

Umumiləşdirilmiş Yös imtahanı 2011-ci ildən ləğv olunduqdan sonra ÖDTU, Boğaziçi, İTÜ, Bilkent kimi bəzi prestijli top universitetlər əsasən ingilis dilli(SAT, İB, ACT və s.) imtahanları qəbul etməyə başladı.SAT imtahanı 2 hissədən(Math və Verbal) ibarət olub, maksimum bal 1600-dur.SAT qəbul edən prestijli universitetlər 1200 və daha üzəri bal tələb edirlər.Burada diqqətinizə çatdırmaq istəyirik ki, Riyaziyyat bölməsindən minimal olaraq tələbələr 800 üzərindən 680 bal toplamalıdırlar.

 

  • YÖS Balı ilə Türkiyədə Təhsil

Umumiləşdirilmiş Yös imtahanı 2011-ci ildən ləğv olunduqdan sonra bəzi universitetlər özləri imtahanlar təşkil etməyə başladı.Bu universitetlərdən İstanbul, Yıldız Texnik və Marmara kimi universitetləri misal göstərmək olar.İmtahanlar əsasən Türkiyədə keçirilir, ancaq qeyd etmək olar ki, bir çox Türk universitetləri Bakıda imtahanda təşkil edirlər.İmtahanlara müraciətlər əsasən mart ayının əvvəllərindən başlayır.Yös imtahanının çətinlik dərəcəsi universitetdən universitetə dəyişir və eyni zamanda bir universitet digərinin nəticəsini tanıyır.İmtahanlarda əsasən sualları 35 riyaziyyat və 45 məntiq hissədən ibarət olur, ancaq bütün universitetlərdə belə olmayada bilər.

 

Ətraflı məlumat və qeydiyyat üçün :

🏨: Adress: Caspian Business Center 3-cü mərtəbə.
: (012) 404 75 36
: (055) 474 75 36
: info@edex.az
🌐www.edex.az

 

Share