Türkiyədə Tezli Yoxsa Tezsiz Təhsil ?

Türkiyədə Tezli Yoxsa Tezsiz Təhsil ?

Dəyərli dostlar Türkiyədə çox sayda insan magistratura təhsilinə gedir  amma çox təəssüf ki bu qədər önəmli olan bir məsələdən çox tələbənin xəbəri yoxdur vəya düzgün yönləndirmə olmur.O baxımdan sizlər gərə Türkiyədə magistratura təhsili düşünürsünüzsə Tezli yoxsa Tezsiz Magistratura məsələsinə diqqət etməlisiniz.

 

1.Tezli Magistratura nədir ?

 

Tezli magistratura akademik kariyera düşünən  insanlar üçündür .Məsələn : deyəlim ki universitetdə dərs deməyi, kitab yazmağı ,məqalələr yazmağı, elmi fəaliyyətlə məşğul olmağı düşünənlər mütləq formada tezli magistraturnaı seçməlidirlər.

1.Tezli Magistratura 2 il olur.

2.Tezli magistraturanı bitirdiyiniz zaman doktorantura (phd ) oxuya bilərsiniz.

3. Tezli Magistratura  dövlət üniversitetlərində təhsil haqqı ucuz Özəl universitetlərdə  isə baha olur.

4.Tezli Magistratura dövlət universitetlərində oxumaq üçün mütləq formada ALES,  YDS imtahan nəticəniz olması lazımdır.

 

Tezsiz Magistratura Nədir ?

Tezsiz Magistratura iş həyatında ilərləmək və daha qısa zamanda  praktiki bilgilər əldə etmək istəyənlər üçündür.

1. Adətən 1.5  il vəya 1 olur.

2.Tezsiz Magistraturanı bitirdiyiniz zaman doktorantura ( phd ) oxumaq şansınız yoxdur.

3.Tezsiz Magistratura dövlət üniversitetlərində Tezli Magistrturaya nisbətdə təhsil haqqı baha olur.

4.Tezsiz Magistratura üçün həm dövlət həmdə özəl üniversitetlərdə hər hansı bir imtahan nəticəsi tələb olunmur.

 

Məsələn:  Üsküdar Universitetində Tezli və Tezsiz Magistraturnaın Fərqi

Nöro Marketing  (Tezli ) –  4285 Dollar ( Toplam Program Qiyməti )

Nöro Marketing (Tezsiz ) – 3715 Dollar  ( Toplam Program Qiyməti )

 

İstanbul Universiteti Universitetində Tezli və Tezsiz Magistraturnaın Təhsil Haqqı Fərqi

İşletme ( Tezli )  – 850 Azn   ( Toplam Program Qiyməti )

İşletme (Tezsiz ) – 5800 Azn (Toplam Program Qiyməti)

 

 

 

Share