Avstraliyada Təhsil

Avstraliyada Təhsil

Paytaxt: Kanberra;

Böyük şəhərlər :Sidney, Melburn, Brisben, Pert, Adelaida;
Rəsmi dil :İngilis dili;
İdarəetmə forması :Konstitusiyalı monarxiya;
Kralıçə: II Elizabet;
Baş nazir :Malcolm Turnbull;
Ərazi :7 692 024 km² (6);

Əhali: 24 milyon nəfər (53-cü yer);

Pul vahidi: Avstraliyalı dollar (AUD).

Təhsil almaq üçün Avstraliyanı seçmək həyatda edə biləcəyimiz ən doğru seçimlərdəndir!

Avstraliya deyiləndə ilk ağlımıza gələn kengurular, koalalar, təmiz su hövzələri və geniş, yaşayış olmayan kolluqlarla əhatə olunmuş ərazilərdir. Ancaq Avstraliyanın özünəməxsusluğu bunlarla kifayətlənmir.Yüksək standartlara uyğun təhsil və yaşayış tərzi, təbiətin zənginliyi, mədəni müxtəliflik, əhalinin qonaqpərvərliyi -24 milyon əhalisi olan  Avstraliyanı beynəlxalq tələbələrin əsas hədəflərindən birinə çevirməklə yanaşı, hətta onu Böyük Britaniya və ABŞdan sonra dünyada üçüncü edir.

Avstraliya təhsilini fərqləndirən cəhətlərdən biri ali məktəblərə qəbul imtahanın olmamasıdır. Universitetlərə qəbul isə orta məktəbi bitirməyə görə verilən sertifikatdakı (High School Certificate) buraxılış imtahanlarının nəticəsinə əsasən aparılır.Yerli tələbələrlə yanaşı 300 mindən artıq beynəlxalq tələbə diplomları beynəlxalq səviyyədə tanınan 40 universitet və 350 kollecdə təhsil alırlar.

Dövlət tərəfindən  təhsilə ayrılan yüksək məbləğdə vəsaitin və düzgün nizamlamanın nəticəsi olaraq bir çox Avstraliya alimi Nobel mükafatına layiq görülmüşdür. Təhsilin yüksək keyfiyyətli olmasının digər səbəbi isə ölkə ali təhsil sisteminin Britaniya təhsil sistemi üzərində qurulumasıdır.

Avstraliyanın “böyük səkkizliyinə” (GO8) daxil olan universitetlər daha populyardır. Digər universitetlər də keyfiyyətli təhsilə zəmanət verirlər. Təhsil haqqı ilə 14-21 min Avstraliya dollarıdır. Avstraliya cinayətkarlığın az olduğu ölkələrdən sayılır.

Tələbələr həftədə 20 saat hesabı ilə işləyə bilərlər. Avstraliyada iki ilə yaşayan tələbə ilyarımlıq iş vizası ala bilər. 5 il yaşayan isə yaşayış vizası ala bilər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share