Almaniyada Təhsil

Almaniyada Təhsil

Almaniyada təhsil – yaxşı bir seçimdir!

Xaricdə  təhsil və tədqiqat arzusundasınız? Niyə də bu ölkə Almaniya – ideyalar ölkəsi olmasın!  Bir çox yeniliklər, inkişaf edən beynəlmiləlçilik və müasir tədqiqatın güclü dəstəyi, alman ali təhsilinin inkişafının fərqləndirici əlamətidir. Bir çox tədris proqramları,Boloniya prosesinin bir hissəsi olaraq beynəlxalq səviyyədə tanınmış bakalavr və magistr dərəcəsinə dəyişdirilmişdir.  Onların arasında çox saylı xarici universitetlərlə əməkdaşlıq edən və 1000-dən çox beynəlxalq yönümlü ingilis dili tədris edən, xüsusilə, beynəlmiləl tələbələrə yönəlmiş bir çox proqramlar da vardır. Almaniyada Bakalvr və Magistr dərəcəsi əldə edən tələbələrin Avropa Birliyinə daxil olan istənilən ölkədə iş tapa bilmək imkanına malik olması,Almaiyanı beynəlxalq tələbələrin seçiminə görə dünyada üçüncü yerdə edən əsas səbəblərdəndir.

almaniya ile ilgili görsel sonucu

Almaiyada fəaliyyət göstərən 423 universitet,  texniki peşə təhsili kollecləri, incəsənət, müəllim və dini təmayüllü ali məktəblər- dil, media və mədəni tədqiqatlardan tutmuş, hüquq, iqtisadiyyat və sosial incəsənət, musiqi, dram və dizayn elmləri, eləcə də tibb, kənd təsərrüfatı, meşə təsərrüfatı, məişət və qidalanma elmlərinədək bütün ixtisas sahələri üzrə tələbələrin xidmətindədir.

Həm İngilis, həm də Alman dilində təşkil olumuş çoxsaylı təqaüd programları hal hazırda Almaniyada təhsil alan 2 milyona yaxın tələbənin 12 faizinin beynəlxalq tələbələrin olmasına şərait yaratmışdır.

Alman universitetlərinin əsas üstünlükləri: yaxşı xidmət, dəstək və pulsuz təhsildir.

 

Share